Bakı. Trend:
ABŞ-ın Texas ştatında yüngülmühərrikli "Piper PA-46" təyyarəsi qəzaya uğrayıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, təyyarənin pilotu mühərrikdə yaranan problemə görə qəza enişi etmək istəyib, lakin qəza törədib.
Bildirilir ki, qəa nəticəsində təyyarədə olan 4 nəfər həlak olub.
Qəza ilə bağlı araşdırma aparılır.