...

Ermənistanda bir gündə koronavirusa 700-ə yaxın yoluxma qeydə alındı

Dünya xəbərləri Materials 7 Oktyabr 2020 11:14 (UTC +04:00)

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 53 755 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 672 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 5 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 995 nəfər koronavirusdan ölüb, 7 348 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti