Bakı. Trend:
Böyük Britaniyanın baş naziri Boris Conson koronavirusa yoluxmuş şəxslə təmasdan sonra özünü təcrid edib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə baş nazirin mətbuat xidmətindən bildiriblər.
Məlumatda deyilir: "Baş nazir təlimatlara riayət edərək özünü təcrid edib. O Dauninq-stritdə işini davam etdirəcək, o cümlədən koronavirus pandemiyasına qarşı hökumətin fəaliyyətinə rəhbərlik edəcək. Baş nazir özünü yaxşı hiss edir və COVİD-19 simptomları müşahidə edilmir".