Bakı. Trend:
Avropa İttifaqı (Aİ) Türkiyə ilə dialoqun davam etdirilməsinin vacib olduğuna inanır.
Trend-in "Anadolu"ya istinadən verdiyi məlumata görə, bunu Brüsseldə keçirilən Aİ ölkələrinin XİN rəhbərlərinin iclasının yekunları üzrə Almaniyanın xarici işlər naziri Hayko Maas deyib.
H.Maas bildirib: "Biz hesab edirik ki, Aİ-nin Türkiyə ilə dialoqu davam etdirməlidir. Türkiyə məsələsi Aİ liderlərinin sammitində müzakirə ediləcək".
Onun sözlərinə görə, Aİ ölkələri "Türkiyənin Şərqi Aralıq dənizindəki hərəkətlərinə reaksiya" barədə yekdil qərara gəlməlidirlər.