...

Ermənistanda müxalifət əhalini vətəndaş itaətsizliyinə çağırdı

Dünya xəbərləri Materials 8 Dekabr 2020 13:24 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Ermənistanda müxalifətin baş nazir Nikol Paşinyanın istefası üçün verdiyi ultimatumun vaxtı bitib.

Trend-in məlumatına görə, N.Paşinyan istefa vermədiyi üçün müxalifət əhalini vətəndaş itaətsizliyinə çağırıb.

Bu çağırışı "Daşnaksutyun" partiyasının nümayəndəsi İşxan Saqatelyan öz "Facebook" səhifəsindən edib.

O bildirib ki, bu andan etibarən Ermənistan vətəndaşları öz narazılıq və tələblərini hakimiyyətə çatdırmaq üçün dinc itaətsizlik aksiyaları keçirmək hüququna malikdir.

Xatırladaq ki, noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasından sonra Ermənistanda hökumətə qarşı etirazlar dayanmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti