...

İran uranı 20% zənginləşdirməyə başladı

Dünya xəbərləri Materials 5 Yanvar 2021 11:41 (UTC +04:00)
İran uranı 20% zənginləşdirməyə başladı

Bakı. Elnur Bağışov – Trend:

İran Fordo nüvə obyektində uranın 20% zənginiləşdirilməsinə başlayıb.

Trend-in məlumatına görə, bunu İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi deyib.

B.Kamalvəndinin sözlərinə görə, uranın zənginləşdirilməsi artıq stabil səviyyədədir.

O, əlavə edib ki, zənginləşdirmə İrana qarşı tətbiq olunan sanksiyaların ləğv edilməsi üçün strateji addım planının icrası istiqamətindədir.

Təşkilat rəsmisi bildirib ki, İran 2010-cu ildə 20%-lik zənginləşdirilmiş uranı istehsal edib və buna görə, hazırkı istehsal yeni potensial deyil. İranın 20%-dən yuxarı uranı zənginləşdirmək potensialı var və hazırda bu potensial araşdırılmaqdadır.

Qeyd edək ki, son vaxtlar İran parlamenti İranla 6 ölkə arasında imzalanan Hərtərəfli Birgə Fəaliyyət Planının icra olunmaması və İrana qarşı sanksiyaların tətbiq olunmasını əsas gətirərək sanksiyaların ləğv edilməsi məqsədilə strateji planın icra edilməsinə qərar verib.

Xatrıladaq ki, İran nüvə sazişinə əsasən 2016-cı ildən uranın zənginləşdirilməsini məhdudlaşdırmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti