Bakı. Orxan Nəbiyev - Trend:
Böyük Britaniyada "AstraZeneca" şirkəti və Oksford Universitetinin hazırladığı koronavirus vaksini uşaqlar üzərində sınaqdan keçiriləcək.
Trend-in məlumatına görə, sınaqlar Böyük Britaniyanın üç şəhərində - London, Bristol və Sauthemptonda baş tutacaq.
Sınaqlarda 6-17 yaş arasında 300 uşaq iştirak edəcək. Bu, dünyada 18 yaşdan aşağı şəxslər üçün keçirilən ilk koronavirs vaksini sınağı olacaq.