...

Yeni Zelandiya sahillərində 7,3 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 4 Mart 2021 18:59 (UTC +04:00)

Bakı. Trend:

Martın 4-də Sakit okeanda, Yeni Zelandiyanın şimal-şərq sahillərində 7,3 bal gücündə zəlzələ baş verib.

Trend xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Qisborn şəhərindən 238 kilometr şimal-şərqdə, ocağı 10 kilometr dərinlikdə yerləşib.

Sunami xəbərdarlığı elan edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti