Bakı. Orxan Nəbiyev - Trend:
"AstraZeneca" şirkəti ikinci rüb üçün Avropa İttifaqı (Aİ) ölkələrinə vaksin tədarükü planını 2,5 dəfə azaldıb.
Trend-in məlumatına görə, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen deyib.
Şirkət həmin dövrdə Aİ-yə 70 milyon doza vaksin tədarük edəcək.
Bundan əvvəl 180 milyon doza vaksinin tədarükü nəzərdə tutulurdu.