...

Çində kimyəvi maddənin sızması nəticəsində 8 nəfər ölüb

Dünya xəbərləri Materials 12 İyun 2021 10:43 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Çinin cənubundakı Quyan şəhərində kimya şirkətində metilformiat maddəsinin sızması nəticəsində azı 8 nəfər həlak olub, daha üç nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, sızma həmin maddənin nəqliyyat vasitəsindən boşaldılması zamanı baş verib.

Qeyd olunur ki, işçilərdən biri huşunu itirəndən sonra həyəcan siqnalı verilib.

Müəssisə yaxınlığında sızmanın fəsadlarının aradan qaldırılması üzrə işlər aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti