...

Yerevanda istilik elektrik stansiyasında yanğın olub

Dünya xəbərləri Materials 26 İyun 2021 21:08 (UTC +04:00)
Yerevanda istilik elektrik stansiyasında yanğın olub

Bakı. Trend:

Ermənistanın paytaxtı Yerevanda yerləşən istilik elektrik stansiyasında yanğın baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən bildiriblər.

Məlumata əsasən, hadisə yerinə çox sayda yanğınsöndürmə briqadaları cəlb edilib. Yerli vaxtla təxminən saat 19:00-da yanğını lokallaşdırmaq mümkün olub.

Yanğının səbəbi barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti