...

BMT Əfqanıstanda "Taliban" tərəfindən sərhəd məntqələrini ələ keçirilməsindən narahatlığını ifadə edib

Dünya xəbərləri Materials 10 İyul 2021 04:53 (UTC +04:00)
BMT Əfqanıstanda "Taliban" tərəfindən sərhəd məntqələrini ələ keçirilməsindən narahatlığını ifadə edib

Bakı. Trend:

Əfqanıstandakı vəziyyət getdikcə daha çox narahatlıq doğurur.

Trend-in məlumatına görə, bu barədə brifinqdə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik Taliban tərəfindən Əfqanıstanın İran və Tacikistan sərhədində yerləşən bir sıra sərhəd məntəqələrinin ələ keçirilməsinə dair sualını şərh edərkən bildirib.

S.Düjarrik bildirib: "Əfqanıstan torpağında hərbi vəziyyət və döyüşlərin davam etməsi ilə bağlı artan narahatlığı saxlayırıq. Bütün tərəflərin razılığa gəlmək üçün səylərini artırması son dərəcə vacibdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti