...

Daşqınlar Belçika iqtisadiyyatına 10 milyard avro ziyan vurub

Dünya xəbərləri Materials 22 İyul 2021 12:23 (UTC +04:00)
Daşqınlar Belçika iqtisadiyyatına 10 milyard avro ziyan vurub

Bakı. Orxan Nəbiyev - Trend:

Belçikada iyulun 14-16-da qeydə alınmış daşqınlar ölkə iqtisadiyyatına 10 milyard avro ziyan vurub.

Trend-in məlumatına görə, bu barədə Belçikanın cənubi Valloniya regionunun hökuməti bildirib.

Bu daşqınlar Belçika ərazisində son 100 il ərzində ən ağır təbii fəlakət olub. Bir neçə gün əvvəl Valloniya hökuməti 2 milyard avro məbləğində yardım paketinin ayrılması barədə qərar qəbul etmişdi.

Qeyd edək ki, daşqınlar nəticəsində Belçikada 32 nəfər həlak olub, 18 nəfər itkin düşmüş hesab olunur.

Eyni zamanda, Almaniyada 170-dən çox şəxs daşqınların qurbanı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti