...

Pekində pandemiya ilə əlaqədar bütün kütləvi tədbirlər təxirə salındı

Dünya xəbərləri Materials 5 Avqust 2021 15:34 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Çinin paytaxtı Pekində koronavirusa yoluxma halları ilə əlaqədar avqust ayı üçün nəzərdə tutulmuş bütün sərgilər və digər kütləvi tədbirlər təxirə salınıb.

Trend-in məlumatına görə, bu barədə Pekin şəhər rəhbərliyi qərar verib.

Paytaxtın hava limanları, dəmiryol vağzallarına infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə nəzarət tədbirlərini gücləndirmək tapşırılıb.

Epidemioloji vəziyyətlə əlaqədar avqustun 14-21-də planlaşdırılan 11-ci Pekin beynəlxalq kino festivalı təxirə salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti