...

Koronavirus ştammlarının müəyyənləşdirilməsi üçün sürətli test sistemləri hazırlanıb

Dünya xəbərləri Materials 2 Sentyabr 2021 12:35 (UTC +04:00)
Koronavirus ştammlarının müəyyənləşdirilməsi üçün sürətli test sistemləri hazırlanıb

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyada koronavirusun müxtəlif ştammlarının müəyyənləşdirilməsi üçün sürətli test sistemləri hazırlanıb.

Trend-in məlumatına görə, bunu Rusiyanın Federal Tibb-Biologiya Agentliyinin rəhbəri Veronika Skvortsova deyib.

Onun sözlərinə görə, virusun "delta" və "delta plyus" kimi potensial təhlükəli variantlarının müəyyənləşdirilməsi üçün testlərin yaradılması çox vacibdir və artıq "yota", "lyambda" variantları üçün sistemlər hazırlanıb.

Agentlik rəhbəri bildirib ki, yeni yaradılan test sistemləri koronavirusun müxtəlif variantlarını 20 dəqiqə ərzində müəyənləşdirmək gücündədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti