Bakı. Trend:
İran ilə İraq sərhədində zəlzələ baş verib.
Trend-in məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzindən bildiriblər.
Yeraltı təkanların maqnitudası 4,5 bal olub, episentri Kirmanşah vilayətinin Qəsrişirin bölgəsindən 45 kilometr məsafədə yerləşib. Zəlzələnin ocağı 9 kilometr dərinlikdə olub.
Dağıntı və tələfat barədə məlumat yoxdur