...

İran nüvə proqramı ilə bağlı danışıqları bərpa etməyinə razılıq verməyib - ABŞ Dövlət katibi

Dünya xəbərləri Materials 24 Sentyabr 2021 08:12 (UTC +04:00)

Bakı. Trend:

İranın yeni hakimiyyəti Birgə Hərtərəfli Fəaliyyəti Planının bərpası ilə bağlı Vyanada danışıqları yenidən başlamasına hazır olub-olmadığını hələ açıqlamayıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken Nyu-Yorkda mətbuat konfransı zamanı bildirib.

E.Blinken deyib: "İran hələ də Vyanadakı danışıqlara qayıtmağına razılıq verməyib".

Dövlət katibi əlavə edib ki, ABŞ öz növbəsində bu danışıqlara hazırdır, lakin bu hazırlığın zamanla məhdudlaşacağını bir daha xəbərdar edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti