...

BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın raket buraxılışlarını nəzərdən keçirəcək

Dünya xəbərləri Materials 1 Oktyabr 2021 22:28 (UTC +04:00)
BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın raket buraxılışlarını nəzərdən keçirəcək

Bakı. Trend:

BMT Təhlükəsizlik Şurası Efiopiya hakimiyyətinin təşkilatın yeddi işçisini ölkədən çıxarma qərarı fonunda bu ölkədəki vəziyyəti və Şimali Koreyanın raket buraxılışlarını nəzərdən keçirəcək.

Trend-in məlumatına görə, bu barədə İrlandiyanın BMT-dəki daimi nümayəndəsi Bern Neyson bildirib.

O qeyd edib ki, BMT təşkilatın yeddi əməkdaşının geri çağırılmasının əsaslı səbəblərini görmür.

Diplomatın sözlərinə görə, Təhlükəsizlik Şurası KXDR-in raket sınaqları ilə bağlı dərin narahatlığını ifadə etməlidir:

"Ballistik raket buraxılışlarından narahatıq. Bu qəbuledilməzdir. Təhlükəsizlik Şurasının bu narahatçılığını ifadə etməsini istəyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti