...

Koronavirusun yeni ştammına "omikron" adı verildi

Dünya xəbərləri Materials 27 Noyabr 2021 02:28 (UTC +04:00)
Koronavirusun yeni ştammına "omikron" adı verildi

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yeni B. 1.1.529 ştammına Yunan əlifbasının "omikron" hərfi ilə adlandırıb.

Trend-in məlumatına görə, bu barədə ÜST-nin saytında yerləşdirilən açıqlamada deyilir.

Açıqlamada bildirilir: "ÜST B.1.1.529-u "omikron" adlı "VOC" (narahatlıq doğuran variant - red.) kimi təyin edib".

Həmçinin qeyd edilir ki, koronavirusun bu variantında çox sayda mutasiya var və bəziləri narahatlıq doğurur. Bundan əlavə, ilkin məlumatlar bu ştamma yoluxma riskinin yüksək olduğunu göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti