Bakı. Trend:
Braziliyanın San-Paulu ştatının Səhiyyə Nazirliyi ölkədə COVID-19-un yeni "omikron" ştammı ilə iki yoluxma halının aşkarlanmasıyla bağlı məlumatı təsdiqləyib.
Trend-in məlumatına görə, bu barədə ştat hökumətinin saytında bildirilib.
Qeyd olunub ki, yeni ştamm noyabrın 23-də Cənubi Afrikadan Braziliyaya gələn 41 yaşlı kişi və 37 yaşlı qadında təsdiqlənib.
Beləliklə, Braziliya dünyada COVID-19-un yeni ştamının aşkar edildiyini bildirən 20-ci ölkə oldu.