...

İranın nüvə proqramı üzrə danışıqlar bir neçə gündən sonra davam etdiriləcək - XİN

Dünya xəbərləri Materials 17 Dekabr 2021 21:51 (UTC +04:00)
İranın nüvə proqramı üzrə danışıqlar bir neçə gündən sonra davam etdiriləcək - XİN

Bakı. Trend:

İranın nüvə proqramı üzrə Vyanada keçirilən danışıqlar bir neçə gündən sonra davam etdiriləcək.

Trend-in məlumatına görə, bu barədə özünün "Twitter" səhifəsində İranın XİN rəhbərinin müavini, danışıqlarda iştirak edən Ali Baqeri yazıb.

"Digər nümayəndə heyətləri ilə məsləhətləşmələrdən sonra vəziyyəti qiymətləndirmək və növbəti addımları müzakirə etmək üçün dünən günortadan sonra Enrike Mora ilə görüşdüm.

Bu həftə yaxşı irəliləyişə nail olduq. Bu gün bizim birgə komissiyamız olacaq və bir neçə günlük fasilədən sonra danışıqları davam etdirəcəyik", - deyə XİN rəhbərinin müavini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti