...

İran nüvə sazişinə qayıtmaq üçün şərtlərini açıqlayıb

Dünya xəbərləri Materials 22 Dekabr 2021 12:31 (UTC +04:00)
İran nüvə sazişinə qayıtmaq üçün şərtlərini açıqlayıb

Bakı. Elnur Bağışov - Trend:

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian Vyanada Hərtərəfli Birgə Fəaliyyət Planı sazişinə dair danışıqlarla bağlı məqaləsində İranın mövqeyini şərh edib.

Trend-in məlumatına görə, "Sanksiyaların ləğvi ilə bağlı Vyana danışıqları" adlı məqalədə qeyd edilir ki, İran İslam Respublikası danışıqlarla bağlı ciddi mövqe və xoş məram nümayiş etdirərək, hesab edir ki, müzakirələrin praktiki və hiss olunan nəticəsi sanksiyaların aradan qaldırılması olmalıdır.

"Biz indi Vyanada danışıqların yeni mərhələsinə başlamaq ərəfəsindəyik. Bu danışıqların əsas məqsədi İran xalqının hüquqlarını reallaşdırmaq və bütün sanksiyaları aradan qaldırmaqdır.

İran İslam Respublikası yenidən xoş məramlılıq nümayiş etdirərək və sanksiyaları aradan qaldırılması məqsədilə indi 4+1 ölkələri ilə “yaxşı razılığa” nail olmaq üçün nəticəyönümlü dialoqa hazırdır.

Qarşıdakı danışıqların əsas məqsədi İran İslam Respublikası ilə ticarət əlaqələrinin normallaşdırılması və sabit iqtisadi əməkdaşlıq məqsədi ilə sazişin tam və səmərəli həyata keçirilməsi olmalıdır. Aydındır ki, sazişə qayıtmaq üçün İran bütün sanksiyaların ləğvindən tam yararlana bilməlidir. Sazişlə bağlı zəmanət veriləcəyi, dəymiş ziyanın nəzərdən keçiriləcəyi, sanksiyaların effektiv və yoxlanıla bilən şəkildə ləğvinin təmin ediləcəyi təqdirdə, İran kompensasiya tədbirlərini dayandırmağa hazırdır.

Şübhəsiz ki, Tehran sülhməramlı nüvə proqramına sadiq olduğu qədər, öz alimlərinin və dinc nüvə sənayesinin nailiyyətlərini qoruyub saxlamağa sadiqdir və ölkənin bütün sahələrdə - sənaye, ticarət, naviqasiya, kosmos, müdafiə, elm və texnologiya , davamlı iqtisadi artım və digər sahələrdə inkişafına nail olacaqdır.

Biz hesab edirik ki, praktikada digər tərəflərin də siyasi iradəsi mövcud olsa, razılaşma mümkündür və əldə edilə bilər", - XİN rəhbəri bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti