...

BMT Təhlükəsizlik Şurası Myanmada qətl törədənlərin məsuliyyətə cəlb olunmasına çağırıb

Dünya xəbərləri Materials 30 Dekabr 2021 06:28 (UTC +04:00)
BMT Təhlükəsizlik Şurası Myanmada qətl törədənlərin  məsuliyyətə cəlb olunmasına çağırıb

Bakı. Trend:

BMT Təhlükəsizlik Şurası Myanmada 35 nəfərin qətl edilməsinin arxasında duranların məsuliyyətə cəlb olunmasını tələb edib.

Trend-in məlumatına görə, bu barədə Təhlükəsizlik Şurası açıqlama yayıb.

Açıqlamada qeyd olunub: "Təhlükəsizlik Şurasının üzvləri dekabrın 24-də Karen ştatında uşaqlar və "Save the Children" (beynəlxalq qeyri-hökumət) təşkilatının iki üzvü də daxil olmaqla ən azı 35 nəfərin öldürülməsini pisləyirlər".

Bildirilib ki, BMT Təhlükəsizlik Şurasına üzv ölkələr bu qətlin arxasında duranları "məluyyətə cəlb olunmasına" çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti