...

Ottavada koronavirus məhdudiyyətlərinə qarşı genişmiqyaslı etiraz aksiyası keçirilir

Dünya xəbərləri Materials 30 Yanvar 2022 05:49 (UTC +04:00)
Ottavada koronavirus məhdudiyyətlərinə qarşı genişmiqyaslı etiraz aksiyası keçirilir

Bakı. Trend:

Kanadalı yük maşını sürücülərin təşəbbüsü ilə Ottava şəhərinin mərkəzində genişmiqyaslı etiraz aksiyası keçirilir.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, Milli parlament kompleksinin və Kanadanın baş naziri Castin Trüdonun ofisinin yerləşdiyi Parlament təpəsinə bitişik küçələrdə yüzlərlə furqon, ağır yük maşınları, pikap və minik avtomobilləri düzülüb. Mütəşəkkil qruplarla hərəkət edən daha minlərlə avtomobil artıq paytaxtın mərkəzinə gələ bilmir və ona gedən magistral yollarda dayana bilmir.

Çoxları Kanada, eləcə də ABŞ, Serbiya, Macarıstan, Rumıniya, Polşa, Meksika və digər dövlətlərin bayraqları götürərərk müxtəlif şüarlar səsləndirib, vaksinasiyaya qarşı çıxdıqlarını bildiribilər.

Aksiya sakit və dinc keçir, çoxları rəqs edir və dövlət himnini oxuyur. Bəzi yük maşınlarının yanında yemək və istilik məntəqələri təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti