...

İran tərəfi nüvə razılaşması üzrə danışıqlarda irəliləyişin olduğunu açıqlayıb

Dünya xəbərləri Materials 6 Fevral 2022 04:08 (UTC +04:00)
İran tərəfi nüvə razılaşması üzrə danışıqlarda irəliləyişin olduğunu açıqlayıb

Bakı. Trend:

Vyanada nüvə sazişinin bərpasına dair danışıqlarda ayrı-ayrı müsbət irəliləyişlərlər müşahidə olunur, lakin hələlik nəticələr Tehranın gözləntilərini doğrultmur.

Trend-in məlumatına görə, bu barədə İranın XİN rəhbəri Hüseyn Əmir Abdullahian Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel ilə telefon danışığı zamanı deyib.

"Danışıqların sonuncu raundundan sonra müəyyən müsbət irəliləyişlər oldu, lakin indiyə qədər gözləntilərimiz özünü doğrultmayıb. Hazırda dialoq mühüm mərhələyə çatıb.

Bütün tərəflər razılığa gəlmək üçün konkret gündəm və siyasi qərarlar qəbul etmək istəyi ilə Vyanaya gəlməlidir. Biz yalnız o zaman yaxşı razılığa gələ bilərik ki, o, bizim iqtisadi maraqlarımızı davamlı və təhlükəsiz şəkildə təmin etsin", - deyə XİN rəhbəri bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti