...

Tayvan sahillərində 5,5 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 11 Fevral 2022 21:53 (UTC +04:00)
Tayvan sahillərində 5,5 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

Tayvan sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 350 min nəfər əhalisi olan Hualien şəhərindən 66 km şimal-şərqdə, zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Tələfat, dağıntı və sunami təhlükəsi barədə məlumat verilmir.

23 milyon əhalisi olan Tayvan Şərqi Asiyanın seysmik cəhətdən ən aktiv zonalarından birində yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti