...

G7 XİN başçıları birgə bəyanatla çıxış ediblər

Dünya xəbərləri Materials 20 Fevral 2022 00:06 (UTC +04:00)
G7 XİN başçıları birgə bəyanatla çıxış ediblər

Bakı. Trend:

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşdə G7 ölkələrinin xarici işlər nazirliklərinin rəhbərləri Ukrayndakı vəziyyətlə bağlı bəyanatla çıxış ediblər.

Trend xəbər verir ki, sənəddə Minsk razılaşmalarının tam şəkildə həyata keçirilməsi üçün Normandiya Formatının səylərinə dəstək ifadə olunur.

Bəyanatda, həmçinin qeyd olunur ki, G7 ölkələri Kiyevin Minsk razılaşmalarını yerinə yetirmək niyyətini təsdiqləyir.

"Biz, Ukrayna prezidenti Vladimir Zelenskinin ölkəsinin Minsk razılaşmalarına qəti sadiqliyini və bu prosesə konstruktiv töhfə verməyə hazır olduğuna dair bəyanatlarını bir daha təsdiqləyirik. Ukraynanın təşəbbüsləri Rusiya müzakirəçiləri və Rusiya Federasiyası hökuməti tərəfindən ciddi şəkildə nəzərdən keçirilməlidir", - sənəddə vurğulanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti