...

Tokayev Qazaxıstanda Konstitusiya məhkəməsinin yaradılmasını təklif edib

Dünya xəbərləri Materials 16 Mart 2022 10:45 (UTC +04:00)
Tokayev Qazaxıstanda Konstitusiya məhkəməsinin yaradılmasını təklif edib

Bakı. Trend:

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkədə Konstitusiya məhkəməsinin yaradılmasını təklif edib.

Trend-in məlumatına görə, o, bu təkliflə parlamentin hər iki palatasının ümumi iclasında çıxış edib.

O bildirib ki, ölkənin baş prokuroru və insan hüquqları üzrə müvəkkili Konstitusiya məhkəməsinə müraciət etmək hüququna malik olmalıdır.

K.Tokayev, həmçinin Qazaxıstanda qanunların qəbulu zamanı parlamentin üst palatası olan Senatın yalnız Məclis tərəfindən qəbul olunan qanunları təsdiq edib və ya etməmək səlahiyyətini nəzərdə tutan qanun layihəsinin yaradılmasını təklif edib.

Hazırda ölkədə parlamentin hər iki palatası qanun qəbul etmək hüququna malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti