Bakı. Trend:
ABŞ prezidenti Co Bayden "Virciniya" sinifli yeni "USS Delaware" nüvə sualtı qayığının istismara verilməsi mərasimində iştirak edib.
Bu barədə Trend "Fox News"-a istinadən xəbər verir.
Bayden sualtı qayığın inşasındaiştirakı olanlara təşəkkür edib. Məlumata görə, sualtı qayıq torpedalarla təchiz olunub və "Tomahawk" qanadlı raketlərini buraxmaq üçün konfiqurasiya edilib. Okeanda və sahildə geniş spektrli tapşırıqları yerinə yetirmək üçün nəzərdə tutulan sualtı qayıq ABŞ-ın Delaver ştatının adını daşıyan HDQ-nin yeddinci qayığıdır.
Onun tikintisinə 2013-cü ildə başlanılıb. Gəmi "Seawolf" sinifli hücum sualtı qayıqlarına daha ucuz alternativ kimi nəzərdə tutulub və köhnə "Los-Anceles" sinifli qayıqları əvəz edəcək.