...

F-16 qırıcılarının Türkiyəyə satışı ABŞ-ın milli təhlükəsizlik maraqlarına uyğundur - Dövlət Departamenti

Dünya xəbərləri Materials 7 Aprel 2022 00:45 (UTC +04:00)
F-16 qırıcılarının Türkiyəyə satışı ABŞ-ın milli təhlükəsizlik maraqlarına uyğundur - Dövlət Departamenti

Bakı. Trend:

ABŞ prezidenti administrasiyası hesab edir ki, F-16 qırıcı təyyarələrinin Türkiyəyə potensial satışı milli təhlükəsizlik maraqlarına uyğundur.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin Konqresə göndərdiyi məktuba istinadən "Reuters" agentliyi xəbər verir.

Məlumata əsasən, ABŞ-ın Türkiyə ilə gərgin münasibətlərinə baxmayaraq, onun Ukrayna ilə müdafiə əlaqələri "bölgədə zərərli təsirlərə qarşı mühüm maneə" kimi tanınır. Məktubda F-16 qırıcılarının mümkün satışına dair heç bir zəmanət və ya tarix göstərilməsə də, Vaşinqton hesab edir ki, NATO-nun maraqları və milli təhlükəsizlik ABŞ və Türkiyə arasında müdafiə ticarəti əlaqələri ilə də dəstəklənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti