...

Nigeriyada ağır yol qəzası olub, çox sayda ölən var

Dünya xəbərləri Materials 20 Aprel 2022 04:58 (UTC +04:00)
Nigeriyada ağır yol qəzası olub, çox sayda ölən var

Bakı. Trend:

Nigeriyanın Bauçi ştatında miniven ilə mikroavtombus toqquşub.

Trend xəbər verir ki, bu barədə Federal Yol Hərəkəti Təhlükəsizliyi Korpusuna istinadən "Sinxua" xəbər yayıb.

Bildirilib ki, qəza nəticəsində iki avtomobildə olan 21 nəfərdən 20-si həlak olub, bir nəfər xəsarət alıb.

Xəsarət alal şəxs dərhal xəstəxanaya çatdırılıb, hazırda onun vəziyyəti barədə məlumat verilmir.

İlkin məlumata görə, qəzaya səbəb sürət rejiminə riayət edilməməsi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti