...

Nigeriyada neft anbarında baş verən partlayışda 100-dən çox adam ölüb

Dünya xəbərləri Materials 23 Aprel 2022 20:43 (UTC +04:00)
Nigeriyada neft anbarında baş verən partlayışda 100-dən çox adam ölüb

Bakı. Trend:

Nigeriyanın Rivers ştatında neft anbarında baş verən partlayışda 100-dən çox adam həlak olub.

Trend "Reuters" agentliyinə istinadla xəbər verir ki, bu barədə yerli hökumət rəsmisi və QHT Gənclər və Ətraf Mühitin Mühafizəsi Mərkəzi məlumat yayıb.

"Yanğın qeyri-qanuni fəaliyyət göstərən neft müəssisəsinin anbarında baş verib və 100-dən çox insan yanaraq tanınmaz hala düşüb", neft ehtiyatları üzrə dövlət komissarı Qudlak Opiah bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti