...

BMT-nin baş katibi Ukraynada səfərdədir

Dünya xəbərləri Materials 27 Aprel 2022 21:17 (UTC +04:00)
BMT-nin baş katibi Ukraynada səfərdədir

Bakı. Trend:

BMT-nin baş katibi Antoniu Quterreş Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşmək üçün Moskvadan Kiyevə gedib.

Trend xəbər verir ki, bu barədə baş katib özünün "Twitter" səhifəsində yazıb.

"Münaqişə zonalarından mülki şəxslərin təxliyəsini təmin etmək üçün humanitar yardımın genişləndirilməsi istiqamətində işimizi davam etdiririk. Müharibə nə qədər tez bitərsə, Ukrayna, Rusiya və dünya üçün bir o qədər yaxşıdır", - deyə A.Quterreş bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti