...

Zelenski və fon der Lyayen Ukraynaya makromaliyyə yardımını müzakirə ediblər

Dünya xəbərləri Materials 28 Aprel 2022 00:45 (UTC +04:00)

Bakı. Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Ukraynaya gələcək maliyyə dəstəyini müzakirə ediblər.

Trend xəbər verir ki, bu barədə V.Zelenski özünün "Twitter" səhifəsində yazıb.

"Ursula fon der Lyayen ilə danışdım. Avropa Komissiyasının Ukraynanın sənaye və kənd təsərrüfatı məhsulları üçün tarifləri və kvotaları ləğv etmək qərarına görə təşəkkür etdim. Gələcək maliyyə dəstəyi, xüsusən də makromaliyyə yardımını müzakirə etdik", - deyə Ukrayna prezidenti bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti