...

Nigeriyada silahlı dəstə 80 nəfəri girov götürüb

Dünya xəbərləri Materials 9 İyun 2022 19:36 (UTC +04:00)
Nigeriyada silahlı dəstə 80 nəfəri girov götürüb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Nigeriyanın şimalında naməlum silahlı şəxslər kəndlərin birində 80 nəfəri girov götürüb.

Trend-in məlumatına görə, hücum Katsina ştatında baş verib.

Hücum edənlər kəndə daxil olaraq evləri qarət edib və yandırıb, qadın və uşaqlar da daxil olmaqla 80 nəfəri qaçırıb.

İlkin məlumatlara əsasən, insident iki qəbilə arasında baş verib. Qeyd olunur ki, həmin qəbilələr arasında içməli su mənbələri və torpaq sahələri üzərində tez-tez münaqişələr baş verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti