Bakı. Trend:
Türkiyənin cənub-şərqində "Eren Abluka" əməliyyatının növbəti mərhələsi çərçivəsində iki PKK terrorçusu zərərsizləşdirilib.
Trend xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildiriblər.
Məlumata əsasən, "Eren Abluka" antiterror əməliyyatının növbəti - 17-ci mərhələsi Şırnak əyalətinin Beytüşşebap rayonunda keçirilir.
Qeyd edilir ki, əməliyyatda xüsusi təyinatlı qüvvələr iştirak edir, pilotsuz uçuş aparatlarından istifadə edilir.