...

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

Dünya xəbərləri Materials 9 İyul 2022 05:28 (UTC +04:00)
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

Bakı. Trend:

Yaponiyanın keçmiş baş naziri Şinzo Abeyə atəş açan 41 yaşlı Nara prefekturasının sakini Tetsuya Yamaqami polis tərəfindən dindirilərkən əməlinin səbəbini açıqlayıb.

Trend xəbər verir ki, bu barədə Yaponiyanın "NHK" telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, Ş.Abe Yamaqami ailəsini ciddi maliyyə problemləri ilə üzləşdirən müəyyən bir qrupa aid idi.

"Anam bu qrupa cəlb olunmuşdu, bu qrup üçün böyük bir ianə etdikdən sonra ailəmiz maddi problemlərlə üzləşmişdi", -T.Yamaqami bildirib.

Hazırda hansı qruplaşmanın nəzərdə tutulduğu açıqlanmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti