...

Çində daşqınlar səbəbindən təxminən 70 min insanı təxliyə edilib

Dünya xəbərləri Materials 30 İyul 2022 18:50 (UTC +04:00)

Bakı. Trend:

Çin hakimiyyəti ölkənin Liaoninq vilayətində son üç gündə güclü yağışlar və daşqınlar səbəbindən 70 minə yaxın insanı təxliyə edib.

Trend-in məlumatına görə, bu barədə "Sinxua" agentliyi xəbər verib.

Məlumata əsasən, təxminən 80 min insan fəlakət zonasındadır.

Bildirilib ki, təbii fəlakətin vurduğu birbaşa iqtisadi zərər təxminən 12,7 milyon yuan (təxminən 1,9 milyon dollar) təşkil edib. 1,6 min hektardan çox əkin sahəsi zərər çəkib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti