Bakı. Trend:
ABŞ-ın “USS Forrest Sherman” raket esminesi ölkənin cənub-qərbində yerləşən Türkiyənin Aksaz hərbi dəniz bazasına daxil olub.
Trend-in məlumatına görə, bu barədə ABŞ 6-cı Əməliyyat Donanması bildirib.
Hazırda “Tomahawk” (“Tomahawk”) qanadlı raketləri ilə təchiz edilmiş esmines Aralıq dənizində fəaliyyət göstərən, İtaliya, Yunanıstan və Türkiyə donanmalarının freqatlarının daxil olduğu NATO-nun İkinci daimi dəniz qrupunun (SNMG-2) flaqmanıdır.
Eyni zamanda, Balkanların qərbində, Adriatik bölgəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin "Harry Truman" atom təyyarə gəmisinin başçılıq etdiyi zərbə qrupu var.