Bakı. Trend:
Ötən 17 gün ərzində İranda leysan yağışları və çayların daşması nəticəsində ölənlərin sayı 93 nəfərə çatıb.
Trend-in məlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin Yardım və Xilasetmə Departamentinin direktor müavini Murtaza Muradipur deyib.
M.Muradipurun sözlərinə görə, daşqınlarda itkin düşənlərin sayı isə 6 nəfərdir:
"İranın 24 vilayətində 84,5 mindən çox insan daşqınlardan zərər çəkib. 12,5 min nəfər müvəqqəti sığınacaqlarda yerləşdirilib və 3,56 min nəfər təhlükəsiz məkanlara köçürülüb”, - deyə o qeyd edib.