...

İran zəmanətlərin olduğu halda BHFP üzrə təklifləri qəbul etməyə hazırdır

Dünya xəbərləri Materials 13 Avqust 2022 06:11 (UTC +04:00)
İran zəmanətlərin olduğu halda BHFP üzrə təklifləri qəbul etməyə hazırdır

Bakı. Trend:

Rəsmi Tehran hesab edir ki, Aİ-nin nüvə sazişinin bərpası ilə bağlı təklif etdiyi sənədin mətni İranın bir sıra sahələrdə tələblərinin nəzərə alınması şərti ilə məqbul ola bilər.

Trend xəbər verir ki, bu barədə iranlı diplomata istinadən "İRNA" agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, Tehrana BAEA-nın fəaliyyəti ilə bağlı siyasi aspektlər, sanksiyalar sahəsində zəmanətlər verilərsə, İran Aİ-nin təkliflərini qəbul etməyə hazırdır.

Diplomat qeyd edib ki, hazırda İran bu təklifləri öyrənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti