...

Yaponiyanın şimalında yağışlar səbəbindən 10 min sakinə təxliyyə olunmaq tövsiyə edilib

Dünya xəbərləri Materials 16 Avqust 2022 08:27 (UTC +04:00)
Yaponiyanın şimalında yağışlar səbəbindən 10 min sakinə təxliyyə olunmaq tövsiyə edilib

Bakı. Trend:

Yaponiyanın şimalındakı Hokkaydo prefekturasının 10 minə yaxın sakini leysan yağışlar səbəbindən yerli hakimiyyət orqanlarından təcili təxliyə ilə bağlı tövsiyələr alıb.

Trend xəbər verir ki, bu barədə "NHK" telekanalı məlumat yayıb.

Məlumata əsasən, güclü yağışlar prefekturada sürüşmələrə, həmçinin çayların daşmasına səbəb ola bilər.

Meteoroloqların fikrincə, Hokkaydoda ekstremal hava şəraiti bu gecəyə qədər davam edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti