Bakı. Trend:
ABŞ-ın şimal-qərbindəki Oreqon ştatında baş vermiş atışma nəticəsində iki nəfər həlak olub.
Trend-in məlumatına görə, hadisə Bend şəhərində ticarət mərkəzlərinin birində qeydə alınıb.
Yerli polisin bildirdiyinə görə, silahlı şəxs əvvəlcə mərkəzin parkinq ərazisində atəş açmağa başlayıb, daha sonra ticarət mərkəzinə daxil olaraq iki nəfəri qətlə yetirib.
Qeyd olunur ki, hadisə yerinə gələn polis əməkdaşları həmin şəxsi ölü vəziyyətdə aşkar edib.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.