...

Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 1,1 min nəfəri ötüb

Dünya xəbərləri Materials 29 Avqust 2022 22:12 (UTC +04:00)
Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 1,1 min nəfəri ötüb

Bakı. Trend:

Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 1136 nəfərə çatıb.

Trend Pakistan KİV-lərinə istinadən xəbər verir ki, daşqınlar təhlükəsi Hayber-Pahtunhva əyalətində hələ də davam edir.

Fövqəladə Hallar üzrə Milli İdarənin məlumatına əsasən, təxminən 1 634 nəfər yaralanıb və 735 mindən çox ev heyvanı tələf olub.

Bazar ertəsi səhər saatlarında daşqınların ölkədə 33 milyon insana, bir milyona yaxın evə ziyan vurduğu bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti