Bakı. Trend:
Çexiyanın Havirov şəhərində uşaqlar üçün karusel sıradan çıxıb.
Trend xəbər verir ki, hadisə nəticəsində əksəriyyəti uşaq olmaqla 12 nəfər xəsarət alıb.
Hadisə yerinə bir neçə təcili yardım briqadası cəlb edilib, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Karuselin sıradan çıxmasının səbəbi barədə məlumat verilmir.