...

Bayden Florida ştatında fövqəladə vəziyyət elan edib

Dünya xəbərləri Materials 25 Sentyabr 2022 08:23 (UTC +04:00)
Bayden Florida ştatında fövqəladə vəziyyət elan edib

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden "İan" tropik qasırğası ilə əlaqədar Florida ştatında fövqəladə vəziyyət elan edilməsi haqqında sərəncam imzalayıb və yerli hakimiyyət orqanlarına federal yardım göstərilməsini əmr edib.

Trend xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən verilən açıqlamada bildirilib.

"Bu gün prezident Cozef Bayden Floridada fövqəladə vəziyyət elan edib və "İan" tropik qasırğasının yaratdığı fövqəladə vəziyyətlərə cavab olaraq yerli hakimiyyət orqanlarının səylərini tamamlamaq üçün federal yardım əmri verib", - deyə açıqlama deyilir.

Ağ Ev həmçinin bildirib ki, ABŞ liderinin sentyabrın 27-də Floridaya səfəri tropik qasırğa səbəbindən təxirə salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti