Bakı. Trend:
ABŞ-ın Rusiyadakı səfirliyi öz vətəndaşlarını bu ölkəni dərhal tərk etməyə çağırıb.
Trend-in məlumatına görə, bu barədə səfirliyin bəyanatında deyilir.
"ABŞ vətəndaşlarına Rusiyaya səfər etmək tövsiyə olunmur. Rusiyada yaşayan vətəndaşlara isə səyahətlərə məhdud imkanlar qaldıqca ölkəni tərk etmək tövsiyə olunur.
Səfirlik bildirir ki, hazırda kommersiya reysləri üçün imkanlar məhduddur və əksər vaxtlarda bilet tapmaq çətinləşir. Eyni zamanda ABŞ səfirliyi ikili vətəndaşlığı olanların da Rusiyada hərbi xidmətə çağırıla biləcəyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, daha əvvəl Polşa və Bolqarıstan öz vətəndaşlarını Rusiyanı tərk etmək barədə düşünməyə çağırıb.