Bakı. Trend:
Polşanın xarici işlər naziri Zbiqnev Rau İkinci dünya müharibəsində ölkəyə vurulan ziyanın qarşılanması tələbi ilə nota imzalayıb.
Trend-in məlumatına görə, sənədin imzalanması Polşa televiziyası ilə canlı yayımlanıb.
Nazir həmin notanın Almaniya Xarici İşlər Nazirliyinə veriləcəyini bildirib.
Qeyd olunur ki, Polşa 1939-1945-ci illərdə Hitler aqressiyası nəticəsində Polşaya dəymiş maddi və qeyri-maddi zərərin təzminatı üçün məsələlərin tənzimlənməsini zəruri hesab edir.