Bakı. Trend:
Nigeriyanın Anambra ştatında 85 nəfərin olduğu qayıq aşıb. 76 nəfər itkin düşüb.
Trend-in məlumatına görə, bu barədə "Vanguard" qəzeti xəbər verib.
"Yalnız doqquz sərnişin xilas edilib, qalanları hələ də tapılmayıb", - deyə Nigeriya Fövqəladə Hallar Agentliyinin nümayəndəsi bildirib.