...

Nigeriyada qayığın batması nəticəsində ölənlərin sayı 76-ya çatıb

Dünya xəbərləri Materials 10 Oktyabr 2022 04:19 (UTC +04:00)

Bakı. Trend:

Nigeriyanın Anambra ştatında qayığın batması nəticəsində ölənlərin sayə 76 nəfərə çatıb.

Trend xəbər verir ki, bu barədə Nigeriya prezidentinin mətbuat xidmətinin açıqlamasında deyilir.

"Göyərtəsində 85 nəfərin olduğu qayıq daşqınların güclənməsi nəticəsində aşıb. Fövqəladə Hallar Agentliyi təsdiqləyib: qurbanların sayı - 76 nəfərdir", - deyə mətbuat xidmətindən bildirilib.

Nigeriya prezidenti Məhəmməd Buhari həlak olanların ailələrinə başsağlığı verib və gələcəkdə oxşar halların baş verməməsi üçün müvafiq orqanlara qayıqlardakı təhlükəsizlik protokollarını yoxlamağı tapşırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti